• Bakı C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

14 nömrəli məktəbdə şagirdlər saqqızdan zəhərlənib? - RƏSMİ

CƏMİYYƏT

18 Dekabr 2025 | 14:39

14 nömrəli məktəbdə şagirdlər saqqızdan zəhərlənib? - RƏSMİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nəsimi rayonu 14 saylı tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ehtimalı ilə bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, agentlik cavabında bildirilib ki, araşdırma zamanı şagirdlərin marketdən aldıqları “Dirol” əmtəə nişanlı qarpız-yemiş aromalı saqqızı istehlak etdikdən sonra qusma, ürəkbulanma və qarın ağrısı simptomlarının müşahidə edildiyi qeyd olunsa da, tibb müəssisəsi tərəfindən zəhərlənmə diaqnozu təsdiqlənməyib.

Məlumata görə, AQTA əməkdaşları tərəfindən hadisə ilə əlaqədar ərazidə yerləşən marketdə və 14 saylı tam orta məktəbin yeməkxanasında plandankənar yoxlama aparılıb. Baxış zamanı marketin satış vitrinində və anbarında yararlılıq müddəti bitmiş və ya saxlanma qaydalarına əməl olunmayan saqqız məhsulları aşkar edilməyib.

“Dirol” əmtəə nişanlı saqqız məhsullarından götürülmüş nümunələr laborator müayinələrə cəlb olunub. Sınaqların nəticələrinə əsasən, məhsulda hər hansı uyğunsuzluq müəyyən edilməyib.

Agentlik həmçinin bildirib ki, məktəbin yeməkxanasında aparılan yoxlama zamanı təqdim olunan qida məhsullarının saxlanma və yararlılıq müddətinə riayət edildiyi müəyyən olunub.


SON XƏBƏRLƏR