Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, oğlu Mutvalı Şıxlinski və Səfərov qardaşlarının işi üzrə ilkin dinləmə, məhkəmə baxışı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, ilkin dinləmə iclası qapalı keçirilib.
İclasda müttəhimlər və onların vəkilləri iştirak ediblər.
Vəkillər Şıxlinski və digərləri üçün andlılar məhkəməsinin keçirilməsini istəyiblər. Növbəti məhkəmə iclasının yanvar ayında keçiriləcəyi bildirilib. Andlılar məhkəməsi üçün kollegiyanın formalaşdırılmasının lazım olduğu qeyd olunub.
Bakı 




