• Bakı C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Avropa sülhü qəbul etmir - AÇIQLAMA

SİYASƏT

18 Dekabr 2025 | 14:52

Avropa sülhü qəbul etmir - AÇIQLAMA

"Rusiya 2026-cı ildə genişmiqyaslı hərbi əməliyyatları davam etdirməyi planlaşdırır". 

Bakıvaxtı.az xəbər veri ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yazıb.

Avropalı ekspertlər isə hesab edirlər ki, Ukraynada müharibə 2029-cu ilə qədər davam edə bilər. 

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Qədir Aslan bildirib ki, bu, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəldikdən sonrakı dördüncü sülh cəhdidir və digərlərinin hamısı uğursuz olub.

Politoloqu fikrincə, Rusiya tərəfinin sürətli hərbiləşdirilməsi, xüsusilə müdafiə sahəsi ilə yanaşı digər sahələrin də hərbiləşdirilməsi onu göstərir ki, bu müharibə hələ uzun müddət davam edəcək.

Qədir Aslan: Bu, Trampın dördüncü sülh cəhdidir

Ekspert qeyd edir ki, Ukraynanın özü də az militarizasiya olunmur, Avropa ölkələri isə hərbi və müdafiə xərclərini artırır. Yeni reallıqlar formalaşıb:

"Hətta çağırışçılarla bağlı proseslərə də bunu aydın şəkildə görmək mümkündür. Avropa ölkələrində siyasətçilər bu mövzuda çıxış edir, qərarlar qəbul olunur, parlamentlərdə müvafiq qanunlar təsdiqlənir və s".

Q.Aslanın sözlərinə görə, bütün bunlar onu göstərir ki, hazırkı mərhələdə sülhü hansısa güc və ya yanaşma hesabına real şəkildə təmin etmək mümkün deyil. Çünki müharibənin baş verdiyi ərazi olan Avropanın özü belə bir sülhü qəbul etmir və ona müqavimət göstərir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR