Ermənistan və Fransa müdafiə nazirlikləri 2026-cı il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb. Bu proqram çərçivəsində ikitərəfli strateji məsləhətləşmələr keçirilmiş, bir sıra təlimlər və əməkdaşlıq tədbirləri nəzərdə tutulub.
Ermənistanla Fransa arasındakı bu müdafiə proqramı nə məqsəd daşıyır? Fransa Ermənistanın təhlükəsizliyini birbaşa öz üzərinə götürürmü? Və bölgədə Azərbaycanın maraqlarına təsir göstərə biləcək hansı potensial amillər mövcuddur?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, əslində, bu əməkdaşlıq proqramının İraqla Fransa arasında 2026-cı ildə imzalanması nəzərdə tutulur. Bu, iki tərəf arasında strateji əməkdaşlığın nəticəsidir:
"Əməkdaşlıq çərçivəsində müdafiə siyasəti və strateji planlaşdırma məsələləri ön plana çıxır. Burada bölgədə İraqa silahlanma ilə bağlı deyil, əsasən digər amillərə fokuslanmaq lazımdır. Təbii ki, təlimlər və təhsil proqramları da ciddi rol oynayır. Məsələn, müdafiə sənayesində əməkdaşlıq imkanları mövcuddur".
Onun sözlərinə görə, bu əməkdaşlıq həm də siyasi səviyyədə regional təhlükəsizlik məsələlərinə təsir göstərə bilər. Əgər bu tədbirlər həyata keçirilirsə, üçüncü tərəflərə göndərilən mesajlar da oxunmuş olur:
"Digər tərəfdən, bu proqram Fransanın İraqda hərbi varlığını qalıcı şəkildə saxlamaq, inkişaf etdirmək və ona hüquqi baza yaratmaq məqsədi daşıyır".

Əziz Əlibəyli: Azərbaycan baxımından isə bu əməkdaşlıq birbaşa təminat hesab edilə bilməz
Həmsöhbətimizin fikrincə, qeyd etmək lazımdır ki, İraq təhlükəsizliyinin təminatı birbaşa Fransa tərəfindən öhdəyə götürülmür. Hərbi təminat və müdafiə NATO mexanizmləri çərçivəsində deyil, texniki və əməkdaşlıq səviyyəsindədir. Yəni, Fransa sadəcə İraqda fəallığını göstərir ki, bu ölkənin təhlükəsizliyində müəyyən rol oynasın:
"Azərbaycan baxımından isə bu əməkdaşlıq birbaşa təminat hesab edilə bilməz. Lakin dolayısıyla, regionda balans və təhlükəsizlik məsələlərinə təsiri ola bilər. Fransa İraqa hərbi dəstək, texniki yardımlar və təlimlər təqdim edir və bu, bölgədə balansın pozulmasına hesablanmış addımlar kimi qiymətləndirilə bilər. Bu əməkdaşlıq regional sabitliyə təsir göstərə bilər və hər hansı gərginlik yaranarsa, Fransanın bu prosesdə rolu olacaq".
Əli Hüseynov
Bakı 




