Astara rayonu Ərçivan qəsəbəsində arvadını döyərək hadisə yerindən qaçan şəxsə hökm oxunub.
Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə 2025-ci il iyulun 23-də baş verib.
Belə ki, həmin gün Gülnaz qızı Rabiyə ilə dənizə getmək istədiyi üçün əri Rafiqə mesaj yazıb (adlar şərtidir). Rafiq isə buna etirazını bildirib, bundan sonra Gülnaz onu telefonunda bloka salıb.
Axşam saat 19:15-də Rafiq evə gəlib və onlar dəhlizdə mübahisə etməyə başlayıblar. Bu zamanı o, Gülnazı təhqir edib. Qadın isə boşanacağını deyib. Bundan sonra Rafiq onu itələyib, ardınca saçlarından tutaraq yerə yıxıb, baş nahiyəsindən zərbələr vurub.
Gülnaz həmin vaxt qapıya tərəf qaçıb, çölə çıxanda təsadüfən onlara gələn qardaşı Əli ilə rastlaşıb. Rafiq isə Əlinin gördükdə pəncədən atılaraq evdən uzaqlaşıb.
Daha sonra o, şikayət əsasında tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Astara Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.
Bakı 




