Tanınmış türkiyəli spiker Ela Rümeysa Cebeci həbs olunub.
Bakıvaxtı.az xəbər verir ki, onun saçından götürülən nümunədə narkotik maddə aşkar edilib.
Cebeci daha əvvəl narkotik araşdırması çərçivəsində müvəqqəti olaraq saxlanılıb və ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı. Lakin sonradan ifadəsi üçün yenidən ədliyyəyə çağırılan spiker narkotik maddə istifadəsi və istifadəsini asanlaşdırmaq ittihamı ilə həbs edilib.
Jurnalist Cem Küçük TGRT-də yayımlanan verilişdə bildirib ki, onun telefonundan narkotik alma, yer göstərmə və təmin etmə kimi qanunsuz hərəkətlərə dair məlumatlar tapılıb. Jurnalist qeyd edib ki, telefonundan çıxan bu məlumatlar bəzi şəxsləri ciddi problemlərlə üzləşdirə bilər.
Beləliklə, həm şəxsi istifadə, həm də telefon vasitəsilə qanunsuz fəaliyyətlərin ortaya çıxması Cebecinin həbsinə səbəb olub və araşdırmalar davam edir./Milli.Az
Bakı 




