Estoniya Xarici İşlər Nazirliyi (XİN) üç Rusiya sərhədçisi tərəfindən sərhədin qanunsuz keçilməsi ilə bağlı bu ölkənin diplomatik nümayəndəsinə rəsmi nota təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə informasiyanı Estoniya XİN yayıb.
Notada göstərilib ki, Rusiya formasında olan sərhədçilər Estoniya sərhədini keçib və hava yastıqlı qayıqda Vasknarvadakı liman körpüsünə gəliblər.
Qeyd edilib ki, Şərq prefekturası mümkün yeni insidentlərə operativ reaksiya vermək üçün sərhəd patrulunu gücləndirib.
Qeyd edək ki, dekabrın 18-i, sərhəd xidmətləri nümayəndələrinin görüşü planlaşdırılıb. Estoniya tərəfi orada Rusiyadan sərhədin keçilməsi faktına dair izahat gözləyir./Report
Bakı 




