Ağcabədi rayonunda 1958-ci il təvəllüdlü Gülməmməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı kürəkəni Əhmədə (adlar şərtidir – red.) xəsarət yetirib.
Bakıvaxtı.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 25 may 2025-ci ildə Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən gözəllik salonunun qarşısında baş verib.
Gülməmməd orada şəxsi münasibətlər zəminində kürəkəni Əhmədlə mübahisə Aralarında yaranmış mübahisə zamanı yumruqla onun baş, sifət və burun nahiyyəsinə bir neçə dəfə vurub.
Hadisəni törədən Gülməmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Gülməmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, son vaxtlarda kürəkəni Əhmədlə qızı Xatirənin arasında narazılıqlar yaranıb və aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilib: “Mayın 25-də, saat 13:30-də qızım mənimlə telefon əlaqəsi saxlayaraq işlədiyi gözəllik salonunun qarşısında Əhmədin onu təhqir etməsini bildirdi. Mən həmin salonun qarşısına getdim. Saat 14 radələrində salonun qarşısına çatdım. Əhmədlə aramızda mübahisə yarandı və əsəbləşərək yumruqla onun baş, sifət və burun nahiyyəsinə bir neçə dəfə vurdum. Hazırda əməlimdən peşmanam”.
Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Gülməmməd 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxs yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi qadağan edilib.
Bundan başqa, cəzaçəkmə müddəti ərzində ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb..
Bu müddət ərzində ona yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməsi qadağan olunub. Onun üzərinə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Bakı 




