Dortmund "Borussiya"sı yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın "Sport Bild" nəşri məlumat yayıb. Məlumata görə, klub "Real"ın gənc və perspektivli müdafiəçisi Viktor Valdepenyasla maraqlanır.
Daha əvvəl 19 yaşlı futbolçuya "Arsenal"ın da maraq göstərdiyi bildirilmişdi. Müdafiəçi həm mərkəzdə, həm də sol cinahda oynamaq qabiliyyətinə malikdir.
Qeyd edək ki, Viktor Valdepenyas ötən həftənin sonunda ilk dəfə "Real"ın əsas komandasında meydana çıxıb. O, La Liqada "Alaves"ə qarşı keçirilən matçda forma geyinib.
Bakı 




