• Bakı 26° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Nigeriyada 37 nəfərin ölümü ŞÜBHƏLİDİR...

SİYASƏT

18 Sentyabr 2026 | 09:31 | Müəllif: Əli Hüseynov

Nigeriyada 37 nəfərin ölümü ŞÜBHƏLİDİR...

Nigeriyanın qərbində yerləşən Niger əyalətində faydalı qazıntıların qanunsuz hasilatında şübhəli bilinərək saxlanılan ən azı 37 nəfər nəzarət altında olarkən həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli TVC telekanalı məlumat yayıb.

Saxlanılan şəxslərin mühafizəsinə cavabdeh olan Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Korpusunun nümayəndələri bildiriblər ki, ölümün dəqiq səbəbi hələlik məlum deyil. Cəsədlər məhkəmə-tibbi ekspertizadan keçirilməsi məqsədilə Minna şəhərindəki xəstəxanaya aparılıb.

Niger ştatının qubernatoru Məhəmməd Umaru Baqo qeyd edib ki, ilkin ehtimallara əsasən, ölümə qurğuşun zəhərlənməsi və ya boğulma səbəb ola bilər. O vurğulayıb ki, saxlanılan şəxslərin ölüm səbəbləri hazırda istintaq tərəfindən araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026