• Bakı 25° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Finalissimanın vaxtı və yeri dəqiqləşdi

İDMAN

18 Dekabr 2025 | 18:10 | Müəllif: Subhan Mahmudov

Finalissimanın vaxtı və yeri dəqiqləşdi

İspaniya və Argentina yığmalarının üz-üzə gələcəyi Finalissima oyununun vaxtı və yeri bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, Avropa və Amerika çempionlarını qarşılaşdıran Finalissima matçı 27 mart 2026-cı ildə Qətərin paytaxtı Dohada yerləşən “Lusail” stadionunda keçiriləcək.

Qeyd edək ki, Argentina millisi 2024-cü ildə Amerika Kubokunun qalibi olub. İspaniya yığması isə həmin il Avropa çempionluğunu qazanıb.

Xatırladaq ki, əvvəlki Finalissima 2022-ci ildə baş tutub. Həmin görüşdə Argentina millisi İtaliya yığmasını 3:0 hesabı ilə məğlub etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026