• Bakı C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

DÜNYA

18 Dekabr 2025 | 20:08

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında mövcud olmuş gərgin vəziyyət başa çatmaq üzrədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Belqradda serbiyalı həmkarı Aleksandr Vuçiç ilə keçirdiyi birgə brifinqdə deyib.

O, Cənubi Qafqazın Şərqlə Qərb arasında ən önəmli bölgələrdən biri olduğunu qeyd edib:

“Serblərin də bu dəhlizlə bağlı böyük imkanları yaranacaq. Biz Qara dəniz vasitəsilə Balkan ölkələri ilə daha sıx münasibətlər saxlayacağıq. Bu ikitərəfli münasibətlər gündəliyimizə daha çox məsələni daxil etməyə imkan verəcək”.

Vuçiç öz növbəsində Gürcüstanın dünyada çox vacib yer tutduğunu bildirib:

“Gürcüstan gözəl ölkədir, Qara dənizə çıxışı var, Rusiya, Azərbaycan, Türkiyə, Ermənistanla həmsərhəddir”.

Prezidentin sözlərinə görə, tezliklə Serbiya ilə Gürcüstan arasında azad ticarət sazişinin imzalanması üzrə strateji müzakirələrə başlanılacaq. O, yaxın zamanlarda Tiflisdə Serbiyanın səfirliyinin açılacağını da vurğulayıb./Apa


SON XƏBƏRLƏR