Berlinin mərkəzində Fələstinə dəstək üçün kütləvi nümayiş keçirilib.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, Almaniya paytaxtının əsas görməli yerlərindən biri olan Brandenburq darvazasının yaxınlığında toplaşan fəallar açılış mitinqindən sonra Berlinin mərkəzi küçələri ilə yürüş ediblər.
İştirakçıların əllərində Fələstin bayraqları, plakatlar və Fələstinə dəstək şüarları yazılmış plakatlar olub. "Fələstinlə həmrəylik. İsrailə silah verilmir. Fələstinin işğalını dayandırın" başlıqlı nümayişdə iştirakçılar müxtəlif şüarlar səsləndiriblər. Nümayişçilər şüarlarını ingilis və alman dillərində səsləndiriblər.
Nümayişçilər İsrailə silah tədarükünün dayandırılmasını və Qəzzada soyqırımın dayandırılmasını tələb ediblər. İlkin məlumatlara görə, nümayişdə bir neçə yüz nəfər iştirak edib.
Gülşən Şərif
Bakı 


