• Bakı 21° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Türkiyədə FETÖ əməliyyat - 64 nəfər tutuldu

DÜNYA

03 Oktyabr 2025 | 10:10

Türkiyədə FETÖ əməliyyat - 64 nəfər tutuldu

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatları zamanı 64 nəfər həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

O bildirib ki, son iki həftədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatlarda tutulan 91 şübhəlidən 64-nün həbs olunub.

Əli Yerlikaya qeyd edib ki, onların terror təşkilatının mövcud strukturu daxilində fəaliyyət göstərdikləri, təşkilat daxilində məsul şəxslərlə pullu telefonlar vasitəsilə əlaqə saxladıqları, təşkilata maliyyə ayırdıqları, sosial media hesabları vasitəsilə FETÖ təbliğatını apardıqları müəyyən olunub və prokurorluq onlarla bağlı təhqiqata başlayıb.


SON XƏBƏRLƏR

02 Oktyabr 2025