Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Pekində təkbətək formatda danışıqları başa çatdırıblar.
Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, söhbət təxminən bir saat davam edib.
Daha əvvəl onlar nümayəndə heyətlərinin iştirakı ilə 1,5 saatdan çox davam edən danışıqlar aparıblar.
Beləliklə, danışıqlar ümumilikdə 2,5 saatdan bir qədər çox davam edib.
***
11:37
Rusiya Prezidenti Vladimir Putin və Koreya Xalq Demokratik Respublikasının lideri (KXDR) Kim Çen In nümayəndə heyətlərinin iştirakı ilə keçirilən rəsmi danışıqlardan sonra təkbətək formatda söhbəti davam etdirirlər.
Bu barədə Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir.
Liderlərin Pekindəki təntənəli tədbirlər çərçivəsində danışıqları 1,5 saatdan çox davam edib.
***
09:54
Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In Pekində keçirilən hərbi paraddan sonra ikitərəfli danışıqlara yollanıblar.
Bakıvaxtı.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, liderlər görüşün keçiriləcəyi məkana “Aurus” markalı eyni avtomobildə yola düşüblər.
Həmin görüntüləri təqdim edirik: