Gürcüstan parlamenti Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yeni rəisi vəzifəsinə Mamuka Mdinaradzeni təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, onun namizədliyi bu gün plenar iclasda səsverməyə çıxarılıb.
Mdinaradzeni 85 deputat dəstəkləyib, əleyhinə səs verən olmayıb.
"Əminəm ki, Mamuka Mdinaradze Dövlət Təhlükəsizlik Xidmətinin seçilmiş rəhbəri kimi fərqlənəcək və ölkəmizin təhlükəsizlik sistemini daha da gücləndirəcək. Ona yeni vəzifəsində uğurlar arzulayıram", – deyə Papuaşvili bildirib.
Mdinaradze bundan əvvəl hakim partiya - "Gürcü Arzusu"nun icraçı katibi vəzifəsində olub.