• Bakı 31° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Deputat bu yoldakı tıxacdan yazdı: Daha ağır vəziyyətlə üz-üzə qalacağıq

CƏMİYYƏT

03 Sentyabr 2025 | 11:35

Deputat bu yoldakı tıxacdan yazdı: Daha ağır vəziyyətlə üz-üzə qalacağıq

"Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya ekoloji postun yanında başlayırdı. Bu il sentyabrda isə az qala Mühəndislik Universitetinin yanında başlayır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, şəhər ətrafında yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir.

"Binəqədi yolundan da keçmək mümkün deyil. İki aydır ki, yol qazılır, amma bir türlü başa çatdırılmır. Bir km yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir?"

Deputat bildirib ki, nəqliyyat və yol ilə bağlı işlər görülür. Amma işlərin daha da sürətlənməsi və 24 saatlıq iş rejiminə keçməsi lazımdır ki, layihələr daha tez bitsin.

"Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq",-deyə Razi Nurullayev qeyd edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

02 Sentyabr 2025