• Bakı 26° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Pakistanda partlayış: 4 nəfər ölüb, 17 nəfər yaralanıb

DÜNYA

02 Sentyabr 2025 | 23:17

Pakistanda partlayış: 4 nəfər ölüb, 17 nəfər yaralanıb

Pakistanda mitinq təşkil olunan ərazinin yaxınlığında partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bəlucistan vilayətində baş verib. 

Rəsmilər partlayışın əyalətin paytaxtı Kvettadakı Şahvani stadionu qarşısında mitinq bitdikdən az sonra baş verdiyini bildiriblər.

"Dawn" nəşrinə danışan xəstəxana sözçüsü Vasim Baiq partlayış nəticəsində 4 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirib.

Partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, sözügedən mitinq keçmiş baş nazir Sərdar Axtar Menqalın rəhbərlik etdiyi Bəlucistan Milli Partiyası tərəfindən təşkil edilib.


SON XƏBƏRLƏR

02 Sentyabr 2025