• Bakı 15° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Ağ Ev "şatdaun"la əlaqədar kütləvi ixtisarlara hazırlaşır

DÜNYA

02 Oktyabr 2025 | 21:30

Ağ Ev şatdaunla əlaqədar kütləvi ixtisarlara hazırlaşır

ABŞ Prezidenti Donald Trampın administrasiyası federal hökumətin maliyyələşdirməni dondurması fonunda minlərlə dövlət işçisini ixtisar etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

"Bu, çox güman ki, minlər insanı əhatə edəcək. Təəssüf ki, Ağ Evin İnzibati-Büdcə Ofisi və komandanın qalan hissəsi bununla məşğul olmaq məcburiyyətindədir", - Livitt vurğlayıb.

O bunun yalnız ABŞ Konqresindəki Demokratların müxalifliyi sayəsində baş verdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də fəaliyyətini qismən dayandırıb və "şatdaun"a gedib.


SON XƏBƏRLƏR