• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

DÜNYA

01 Noyabr 2025 | 18:20

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

2025–2026-cı tədris ilindən etibarən Ermənistanın üç məktəbində Azərbaycan dili tədris ediləcək.

Bakıvaxtı.az musavat.com-a istinadla xəbər verir ki, bu qərar xarici və regional dillərin inkişafına dair dövlət proqramı çərçivəsində qəbul olunub.

Məlumata görə, kurs könüllü xarakter daşıyacaq və yalnız müəllimlər olduqda 10–12-ci sinif şagirdləri üçün əlçatan olacaq.

Qeyd edə ki, 2022-2023-cü tədris ilində Ermənistanda 12 məktəbdə Türk dili, 4 məktəbdə isə Azərbaycan dili tədris olunub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026