• Bakı C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Litva hərbi ehtiyaclar üçün AK-dan 6,3 milyard avro kredit istəyib

DÜNYA

01 Dekabr 2025 | 17:49

Litva hərbi ehtiyaclar üçün AK-dan 6,3 milyard avro kredit istəyib

Vilnüs Avropa Komissiyasına (AK) müdafiə layihələrinin maliyyələşdirilməsi üçün Avropa İttifaqının (Aİ) SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) hərbi proqramı çərçivəsində 6,375 milyard avro kredit verilməsi üçün ərizə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Litvanın müdafiə nazirinin müavini Karolis Aleksa Aİ ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən iclası çərçivəsində jurnalistlərə bildirib.

"Bizə ayrılan maksimum məbləğ, 6,375 milyard avro üçün təklif təqdim olunub. Bu vəsaitin təxminən 50 müdafiə layihəsinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır", - o deyib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

16 Yanvar 2026