Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 2-3-də Brüsseldə işgüzar səfərdə olacaq.
Bakıvaxtı.az Ermənistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 2-də Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ermənistan–Avropa İttifaqı (Aİ) Tərəfdaşlıq Şurasının altıncı iclası keçiriləcək.
"Müzakirələrin yekunu üzrə Ermənistanın xarici işlər naziri, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos birgə mətbuat konfransı keçirəcəklər", - məlumatda deyilir.
Dekabrın 3-də A.Mirzoyanın "Şərq tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun ikinci sammitində çıxışı planlaşdırılır. Səfər çərçivəsində ikitərəfli görüşlər də nəzərdə tutulub.
Bakı 



