• Bakı 32° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

"Qarabağ"la matçda oynamayacağı dəqiqləşdi

İDMAN

03 Sentyabr 2025 | 09:13

Qarabağla matçda oynamayacağı dəqiqləşdi

İtaliyanın "Napoli" klubunun futbolçusu Romelu Lukaku "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında iştirak edə bilməyəcək.

Bakıvaxtı.az Neapol təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib. 

Buna forvardın zədəli olması səbəb olub. Hazırkı İtaliya çempionu "Mançester Yunayted"dən aldığı Rasmus Heylunnu siyahıya daxil edib. 

Qeyd edək ki, bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. "Qarabağ" "Napoli" ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.


SON XƏBƏRLƏR

02 Sentyabr 2025