"Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Bakıvaxtı.az xəbər verir ki, forvard Qazaxıstanın “Kayrat” komandası ilə səfərdə 5:0 hesabı ilə başa çatan matçda het-trik edib.
Belə ki, Mbappe 25, 52 və 74-cü dəqiqələrdə fərqlənib.
Fərdi mükafat üçün səsvermədə fransalı futbolçu “Mançester Siti”dən Erlinq Haalandı, “Bodo-Qlimt”dən Yens Petter Huqeni və “Napoli”dən Rasmus Hoylundu qabaqlayıb.
Qeyd edək ki, bu mövsüm Mbappe “Real Madrid” üçün bütün turnirlərdə 9 oyun keçirib, 13 qol vurub və bir məhsuldar ötürmə edib.