• Bakı 16° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Azərbaycanın 5 idmançısı kamandan oxatma yarışlarında 1/8 finala yüksəldi

İDMAN

02 Oktyabr 2025 | 19:45

Azərbaycanın 5 idmançısı kamandan oxatma yarışlarında 1/8 finala yüksəldi

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışlarına start verilib.

Bakıvaxtı.az xəbər verir ki, Xankəndi şəhər stadionunda təşkil olunan yarışların bu gün keçirilən kvalifikasiya mərhələsində qadınlar və kişilər üzrə bütün idmançılar fərdi mübarizədə qüvvələrini sınayıblar.

Yüksək nəticə göstərən Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bununla yanaşı, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ qazanıblar. Digər iştirakçımız Zahid Kazımzadə isə fərdi yarışlarda 1/16 final mərhələsində mübarizəni dayandırıb.

Sabah yarışların 3-cü günü baş tutacaq. Gün ərzində 1/8 final, 1/4 final və yarımfinal mərhələləri keçiriləcək.


SON XƏBƏRLƏR