• Bakı 31° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Yəməndə saxlanılan BMT əməkdaşlarının sayı 20-yə çatıb

DÜNYA

03 Sentyabr 2025 | 09:43

Yəməndə saxlanılan BMT əməkdaşlarının sayı 20-yə çatıb

BMT-nin azı 19 əməkdaşı Yəmənin husi üsyançıları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" BMT baş katibinin mətbuat katibi Stefan Dyujarrikin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, saxlanılanlardan 18-i BMT-nin yəmənli əməkdaşları, biri isə əcnəbidir.

S.Dyujarrik bütün saxlanılanların dərhal azad edilməsinə çağırıb.

Qeyd edək ki, avqustun 31-i husilər İsrail tərəfindən bir neçə yüksək vəzifəli hökumət rəsmisinin öldürülməsinə cavab olaraq Səna şəhərində BMT-nin ərzaq, tibbi və uşaq təşkilatlarının ofislərinə reydlər keçiriblər.


SON XƏBƏRLƏR

02 Sentyabr 2025