“Avropa Ukraynadakı müharibənin nizamlanmasına mane olur və münaqişəni davamlı olaraq gərginləşdirir”.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin dünən Soçidə keçirilən forumda bildirib. O qeyd edib ki, Rusiya Ukraynada bütün “NATO bloku” ilə döyüşür:
“Buna rəğmən Rusiya ordusu cəbhədə irəliləyır. Deməli, “Kağız pələng” Rusiya deyil NATO-dur.
V.Putin ABŞ prezidenti Donald Trampın Rusiyanı “Kağız pələng”ə bənzətməsinə reaksiya verərək əlavə edib:
“Rusiyanın NATO-ya hücum edə biləcəyinə inanmaq mümkün deyil".
Aydın Baxış