• Bakı 15° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Kral ailəsinin bu qərarı qonşularını qəzəbləndirdi

DÜNYA

03 Oktyabr 2025 | 00:11

Kral ailəsinin bu qərarı qonşularını qəzəbləndirdi

“Windsor Great” parkdakı səkkiz otaqlı “Forest Lodge” malikanəsinə köçməyi planlaşdıran şahzadə Uilyam və Keyt Middlton təhlükəsizliklə əlaqədar olaraq bağlarının bir hissəsinə girişi məhdudlaşdıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “The Sun” məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, onların bu qərarı yerli sakinlərin hiddətinə səbəb olub.

“Bir çoxumuz 20 ildir ki, burada itlərimizi gəzdiririk. Biz hər il parka qulluq üçün pul ödəyirik, lakin artıq onun bir hissəsini istifadə etməyə icazəmiz yoxdur”, - qonşular bildirib.

Qeyd olunur ki, parkın bir hissəsi 24 saat video nəzarət altında olacaq. Həmçinin, kral ailəsi evə köçməzdən əvvəl ağaclar və kollar əkiləcək, evi yad gözlərdən gizlətmək üçün yeni hasar çəkiləcək.


SON XƏBƏRLƏR

02 Oktyabr 2025