• Bakı 20° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Putindən MESAJ: “...neftin bir bareli 100 dolları keçəcək”

DÜNYA

03 Oktyabr 2025 | 08:15

Putindən MESAJ: “...neftin bir bareli 100 dolları keçəcək”

“ABŞ-nin Rusiyanın ticarət tərəfdaşlarına tətbiq etdiyi rüsumlar mənfi iqtisadi təsirlərə səbəb ola bilər”.

Bakıvaxtı. az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin dünən Soçidə keçirilən forumda söyləyib. O ABŞ-nin Hindistan və Çinə Moskva ilə enerji əlaqələrini azaltmaq üçün təzyiqlərini tənqid edib. Onun sözlərinə görə, Rusiyanın ticarət tərəfdaşlarına yüksək tariflərin tətbiqi qlobal qiymətləri artıracaq:

“FED-i yüksək dərəcələri saxlamağa məcbur edəcək və ABŞ iqtisadiyyatını yavaşladacaq. Bunun iqtisadi mənası yoxdur”.

V.Putin onu da iddia edib ki, qlobal iqtisadiyyat Rusiya nefti olmadan işləyə bilməz:

“Təchizat kəsilərsə, neftin bir bareli 100 dolları keçəcək. Qlobal iqtisadiyyat Rusiya nefti olmadan işləyə bilməz. Bu, Moskvanın Ukraynadakı müharibəsini maliyyələşdirmək imkanlarını azaltmaq üçün Avropa, Hindistan və Çini Rusiya neftini almağı dayandırmağa çağıran Donald Trampın şərhlərinə cavabdır”.

Aydın Baxış


SON XƏBƏRLƏR

02 Oktyabr 2025