Dünən Rusiyanın cənub-qərbində, Soçidə keçirilən forumda Vladimir Putin saatlarla geniş mövzuları dərindən əhatə edərək danışıb. Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Rusiya prezidenti Ukraynadakı müharibəni, Rusiya iqtisadiyyatını, Donald Trampın Qəzza ilə bağlı mövqeyini, Çarli Kirkin ölümünü müzakirə edib, həmçinin dünya xəbərlərində baş verən son hadisələrə münasibətini bildirib.
V.Putin Avropanın militarizasiyasını müşahidə etdiyini və təhdidlərə cavab veriləcəyini bəyan edib:
Kreml Avropanın artan hərbiləşməsini diqqətlə izləyir. Avropa ölkələrinin hərbi investisiyaları artırması təhdid xarakteri daşıyır. Təhdidlərə cavab olacaq. Mən cavabı nəzərdə tuturam. Biz özümüz heç vaxt hərbi qarşıdurmaya başlamamışıq".
Bundan başqa Rusiya prezidenti qeyd edib ki, Avropa Ukrayna torpağında sülhün olmamasına görə məsuliyyət daşıyır:
“ Avropa Rusiyanı strateji məğlubiyyətə uğratmaq cəhdində uğursuzluğa düçar olacaq.
Daha sonra V.Putin Qərb ölkələrini Ukraynanı kəşfiyyat, silah və təlimlə təmin etməkdə günahlandırıb. Avropanın militarizasiyasına qarşı əks tədbirlər görmək zərurətini şübhə altına alıb və Rusiyanın Almaniyanın güclü ordusu ilə bağlı bəyanatlarını diqqətlə izlədiyini diqqətə çatdırıb:
“Vahid Avropanın hakim elitası “Ruslarla müharibə praktiki olaraq bizim qapımızdadır” deməklə isteriya qızışdırmaqda davam edir. Onlar bu cəfəngiyyat, dönə-dönə təkrarlayırlar. Onlar ya həqiqətən inanırlarsa, inanılmaz dərəcədə bacarıqsızdırlar, çünki bu cəfəngiyyata inanmaq mümkün deyil, ya da sadəcə olaraq vicdansızdırlar”.
Aydın Baxış