• Bakı 15° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Trampla danışdığı yeganə mövzunu açıqladı

DÜNYA

02 Oktyabr 2025 | 23:41

Trampla danışdığı yeganə mövzunu açıqladı

Rusiya prezidenti Vladimir Putin “Valday” Diskussiya Klubunun iclasında ABŞ prezidenti Donald Trampla Alyaskada görüşünün yeganə mövzusunu açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, Putin müzakirə etdikləri məsələnin Ukraynadakı münaqişənin həlli olduğunu deyib. 

"Orada prezident Trampla mən praktiki olaraq heç nəyi, hətta ikitərəfli məsələləri də müzakirə etmədik. Biz yalnız Ukrayna böhranının həlli imkanlarını və üsullarını müzakirə etdik. Ümumiyyətlə, bu, daha yaxşıdır", - Rusiya lideri bildirib.

O, Alyaska sammitinin təşkilinə görə Trampa təşəkkür edib və görüşün özünü Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası üçün siqnal adlandırıb.

 


SON XƏBƏRLƏR

02 Oktyabr 2025