• Bakı 15° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Putin: Rusiyanın çoxsaylı yüksəktexnologiyalı silah sistemləri mövcuddur

DÜNYA

03 Oktyabr 2025 | 01:00

Putin: Rusiyanın çoxsaylı yüksəktexnologiyalı silah sistemləri mövcuddur

Rusiya bu gün bir çox müasir, yüksək texnologiyalı silah sistemlərinə sahibdir, o cümlədən yeni "Oreşnik" raket kompleksi də bunların arasındadır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunun plenar sessiyasında bildirib.

"Bizim yeni hipersəs "Kinjal" və qitələrarası məsafəyə malik "Avanqard" silahımız da var", - o əlavə edib.

Putin vurğulayıb ki, Rusiya "Oreşnik"dən sonra da yeni silah sistemləri yarada bilər:

"Bizdə başqa sistemlər də yaradıla bilər. Planlaşdırdıqlarımızdan heç nəyi unutmadıq", - Putin strateji hücum silahlarının azaldılması müqaviləsinə də toxunub.

O qeyd edib ki, əgər ABŞ müqavilənin uzadılmasına ehtiyac görməsə, Rusiya da eyni addımı atacaq.


SON XƏBƏRLƏR

02 Oktyabr 2025