• Bakı 30° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Bu gün Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri seçiləcək

DÜNYA

03 Sentyabr 2025 | 10:44

Bu gün Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri seçiləcək

Bu gün, 3 sentyabr tarixində keçiriləcək parlament iclasında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yeni rəhbəri seçiləcək.

Bakıvaxtı.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, hakimiyyətin qərarına əsasən, bu vəzifəyə Mamuka Mdinaradzenin namizədliyi irəli sürülüb.

 Məsələ artıq müzakirə üçün parlamentə təqdim olunub və Müdafiə və Təhlükəsizlik Komitəsinə göndərilib. Komitə iclası sessiyanın başlamasından əvvə keçiriləcək.

Qeyd edək ki, parlament daha əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Anri Oxanaşvilinin istefasını və onun səlahiyyətlərinin vaxtından əvvəl dayandırılmasını rəsmən tanıyıb. Anri Oxanaşvili bu vəzifəyə 2025-ci ilin aprelində 6 illik müddətə seçilmişdi, lakin avqust ayında istefa verdiyini açıqlamışdı.

Gülşən Şərif


SON XƏBƏRLƏR

02 Sentyabr 2025