ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinin Venesuela sahillərində bir gəmini atəşə tutub.
Bakıvaxtı.az Globalinfo.az-a istinadən xəbər verir ki, u barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
O bildirib ki, ABŞ donanması bir neçə dəqiqə əvvəl narkotiklərlə dolu bir gəmini atəşə tutub.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ninn üç esminesi Venesuela sahillərinə yerləşib. Ağ Ev bunun “narkokartellərə qarşı əməliyyatlar” olduğunu bəyan edib.
Venesuela Prezidenti Nikolas Maduro isə ölkəsinin son 100 ilin ən böyük hərbi təhlükəsi ilə üz-üzə olduğunu açıqlayıb. Onun sözlərinə görə, ABŞ 1200 raketlər yüklənmiş gəmilərlə Venesualaya hücuma hazırlaşır.