• Bakı 30° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Kiyevdə azərbaycanlı ata və oğlu güllələndi - ANBAAN VİDEO

DÜNYA

03 Sentyabr 2025 | 09:50

Kiyevdə azərbaycanlı ata və oğlu güllələndi - ANBAAN VİDEO

Avqustun 31-i Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində azərbaycanlı ata və oğlu güllələnib.

Bakıvaxtı.az xəbər verir ki, keçmiş hərbçi olduğu bildirilən şəxs 28 yaşlı İsmayıl Rəhimov və atası Fərmana yaxınlaşaraq onlara atəş açıb. Nəticədə İsmayıl hadisə yerində ölüb, atası isə ağır xəsarətlər alıb.

Bildirilir ki, hadisə ticarət mübahisəsi zəminində baş verib.

Atəş açan şəxs saxlanılıb.

Zərərçəkmiş şəxslər əslən İsmayıllı rayonundandır və uzun müddətdir Ukraynada yaşayırmışlar.

Hadisə anının görüntülərini təqdim edirik:


SON XƏBƏRLƏR

02 Sentyabr 2025