• Bakı 26° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Fransada məhkəmə Bəşər Əsədin həbsinə order verib

DÜNYA

02 Sentyabr 2025 | 23:36

Fransada məhkəmə Bəşər Əsədin həbsinə order verib

Fransa məhkəmə orqanları sabiq dövlət başçısı Bəşər Əsəd də daxil olmaqla yeddi Suriya rəsmisinin həbsinə order verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

"13 illik istintaqdan sonra Paris məhkəməsinin insanlığa qarşı cinayətlər departamentinin təhqiqatçı hakimləri Suriyanın yeddi yüksək vəzifəli məmurunu müharibə cinayətlərində və insanlığa qarşı cinayətlərdə iştirakda ittiham edərək həbslərinə order veriblər", - məlumatda deyilir.

Qeyd edək ki, təhqiqat 2012-ci ildə Suriyada bir sıra qərbli jurnalistin ölməsi və yaralanması ilə bağlı aparılıb.

Həmin şəxslərin Homs şəhərindəki mətbuat mərkəzinə endirilən zərbələr zamanı öldürüldüyü iddia olunur və buna görə o dövrün Suriya hakimiyyəti məsuliyyət daşıyır.


SON XƏBƏRLƏR

02 Sentyabr 2025