• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

NİİM piyada keçidlərindən istifadə ilə bağlı müraciət edib - VİDEO

CƏMİYYƏT

03 Sentyabr 2025 | 10:20

NİİM piyada keçidlərindən istifadə ilə bağlı müraciət edib - VİDEO

Piyada keçidinin bir neçə metrliyində yolu qaçaraq keçən piyadanı avtomobil vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, qəza ötən gün axşam saatlarında Nəsimi rayonu, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində qeydə alınıb.

NİİM bu kimi hallarla bağlı həm piyadalara, həm də sürücülərə müraciət edib:

Piyadalar piyada keçidindən istifadə etməli, diqqətli olmalı və nəqliyyat vasitələrinin onlara yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidirlər. Həyat üçün vacib olan bu qaydalara əməl edilmədikdə, təəssüflər olsun ki, piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir:

1. Piyadalar avtomobillərin qarşısından qaçaraq yolu keçməməlidirlər. Bu, olduqca təhlükəlidir!

2. “Keçid olmasa da olar deyib, yolu keçməyin”. Piyadalar daha çox keçiddən kənar yerlərdə qəza qurbanı olur. Yolu yalnız piyada keçidlərindən keçin!

3. Svetoforlu keçidlərdə yaşıl işığın yanmağını gözləmədən yolu keçmək təhlükəlidir!

4. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, piyadalara yol verməlidirlər. Yolun ən hassas iştirakçılarına qarşı diqqətli olmalıdırlar.

"Hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyi öz əlindədir. Bunun üçün isə qaydalara əməl edilməlidir", NİİM-dən bildirilib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026