• Bakı 9° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Xırdalanda küçəni su basdı - VİDEO

CƏMİYYƏT

02 Oktyabr 2025 | 20:59 | Müəllif: Subhan Mahmudov

Xırdalanda küçəni su basdı - VİDEO

Xırdalanda yanğın hidrantında nasazlıq yaranıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən məlum olur ki, qurğudan güclü təzyiqlə su çıxıb, bu da ərazidə təhlükəli vəziyyət yaradıb. Həmçinin küçəyə axan su hərəkəti çətinləşdirib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda su xəttində qəza baş verib: "Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası tərəfindən təmir və bərpa işləri görülür".

Sözügedən görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026