• Bakı 9° C

    0.35 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Tiktoker Xosrov həbs olundu

CƏMİYYƏT

02 Sentyabr 2025 | 21:58 | Müəllif: Gülşən Şərif

Tiktoker Xosrov həbs olundu

Sosial şəbəkələrdə sürücüləri yol hərəkəti qaydalarını pozmağa və avtoxuliqanlığa təhrik edən, həmçinin özü də bu davranışları həyata keçirən Moslemi Khosrow Bebek oğlu həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, Xosrov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.

O, sosial platformalarda apardığı fəaliyyətlə yanaşı, şəxsi hərəkətləri ilə də qayda pozuntuları törədib. Avtoxuliqan davranışları və yol hərəkəti qaydalarını pozması nəticəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında inzibati protokol tərtib edilib. 

Məhkəmənin qərarı ilə Xosrov inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026