• Bakı 16° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Daha bir ərazidə yeni yerüstü piyada keçidi inşa edilir

CƏMİYYƏT

02 Oktyabr 2025 | 14:45

Daha bir ərazidə yeni yerüstü piyada keçidi inşa edilir

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidinin inşası davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Yeni keçid Pirşağı–Xırdalan–Novxanı–M4 avtomobil yolu layihəsi çərçivəsində, yolun 19.5-ci kilometrliyində tikilir.

Keçid iki giriş-çıxışdan ibarət olub, ümumi uzunluğu 59.8 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin isə eni 2 metr olacaq. Yol səviyyəsindən 5.5 metr hündürlükdə yerləşən keçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir. Əlavə olaraq, 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq. Hazırda keçidin dayaqlarının tikintisi davam edir. Yeni keçid, inşa olunduğu ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.


SON XƏBƏRLƏR

01 Oktyabr 2025