Qırğızıstanda özəl məktəbdə 58 nəfər şaurmadan zəhərlənib.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu barədə “Sputnik Kyrgyzstan” məlumat yayıb.
Zəhərlənənlərdən 54-i uşaqdır.
Məlumata görə, onlar qusma, ishal və qarın ağrılarından şikayət ediblər. Hadisə günü bütün zərərçəkənlər məktəbin yeməkxanasında şaurma yeyiblər.
Məktəbdə hazırda yoxlama aparılır və hadisənin səbəbləri araşdırılır.
Bakı 


