• Bakı 16° C

    12.79 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

"Metro traktor kimi işləyir" - Paytaxt sakini

CƏMİYYƏT

01 Noyabr 2025 | 12:26

Metro traktor kimi işləyir - Paytaxt sakini

Bakı Metropoliteninin fəaliyyətində yaranan problemlər sərnişinlərin narazılığına səbəb olub. Qatarların stansiyalara qrafikdə nəzərdə tutulan vaxtdan xeyli gec çatması şikayətçilərin sırasını genişləndirib.

Bakıvaxtı.az bildirir ki, məsələ ilə bağlı Metbuat.az-a müraciət edən paytaxt sakinləri onlara bəlli olmayan səbəbdən qatarların tez-tez tuneldə dayandığını bildiriblər. Onların dediyinə görə, sürət həddi də əvvəlki dövrlə müqayisədə xeyli aşağıdır.

“Mən Bakının Nizami rayonunda yaşayıram. İşə hər gün metro ilə gedib gəlirəm. Həmişə Metronun “Qara Qarayev” stansiyasından “Elmlər Akademiyası”na 20 dəqiqəyə getmişəm. Son vaxtlar bu məsafə 35 dəqiqəyə qədər uzanır. Sanki işə metro ilə deyil, traktorla gedirəm”, - paytaxt sakini Arif Məmmədov Metbuat.az-a açıqlamasında belə deyib.

Arif Məmmədov metro stansiyalarındakı sıxlıqdan da şikayət edib. Onun sözlərinə görə, qatarlar arasındakı interval az olsa da, nəqliyyat vasitəsinin aşağı sürətlə hərəkət etməsi sərnişin sıxlığına səbəb olur: “Bəzən sıxlıq üzündən üç-dörd qatar ötürməli oluram. İndi qatara minmək də, düşmək də böyük məşəqqətə çevirib. Metropoliten rəhbərliyindən xahiş edirəm ki, arada özləri də yeraltı nəqliyyatdan istifadə etsinlər”.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


SON XƏBƏRLƏR

31 Oktyabr 2025