Ali Məhkəmədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bakıvaxtı.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinin geri götürüldüyü elan olunub.
Məhkəmə kassasiya şikayətinin qaytarılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim olunması müqabilində rüşvət tələb edib.
Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətə azadlıqdan məhrum edilib.
Bakı 



