• Bakı 15° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

MİDA Binəqədi Yaşayış Kompleksindən mənzillləri satışa çıxarır

CƏMİYYƏT

01 Dekabr 2025 | 11:09

MİDA Binəqədi Yaşayış Kompleksindən mənzillləri satışa çıxarır

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-da başa çatacaq.

Bu barədə Bakıvaxtı.az-a Agentliyin mətbuat katibi Diana Dadaşova məlumat verib.

Onun sözlərinə görə, Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

Studio tipli mənzillər – 48 120 manat

2 otaqlı mənzillər – 69 240 manat

3 otaqlı mənzillər – 87 480 manat

4 otaqlı mənzillər – 118 800 manatdan başlayır

Satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq. Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.


SON XƏBƏRLƏR

30 Noyabr 2025