ABŞ-də Vaşinqton və Kiyev arasında keçirilən danışıqlarda Ukrayna münaqişəsi üzrə sülh sazişi layihəsinin mətni yekunlaşdırılmayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" xəbər agentliyi mənbələrinə istinadən məlumat yayıb.
"Danışıqlar daha çox Cenevrədə razılaşdırılmış çərçivəyə deyil, qalan problemli məsələlərə yönəlib. Yəni, biz indi yekun mətnin 100% başa çatdığını demirik, lakin bu, irəliyə doğru daha bir addım idi", - agentliyin mənbəsi bildirib.
Nəşr qeyd edir ki, görüşdə ərazi məsələsinə böyük diqqət yetirilib: "Potensial həll yollarının axtarışı davam edir, lakin bu, əlbəttə ki, çox mürəkkəb məsələdir".
Zeynəb Rzayeva
Bakı 



