• Bakı 15° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

İndoneziyada daşqınlar nəticəsində 442 nəfər öldü

DÜNYA

01 Dekabr 2025 | 10:18

İndoneziyada daşqınlar nəticəsində 442 nəfər öldü

İndoneziyanın Sumatra adasında leysan yağışların yaratdığı daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 442 nəfərə çatıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, Fövqəladə Halların İdarə Edilməsi üzrə Milli Agentlik yaralıların sayının 646-ya yüksəldiyini, 400-dən çox şəxsin isə hələ də itkin düşmüş sayıldığını açıqlayıb.

Dövlət rəsmiləri yolların bağlanması və infrastrukturun zədələnməsi səbəbindən bir sıra bölgələrə yardımın yalnız vertolyotlarla çatdırıldığını bildiriblər.

Ölkənin Meteorologiya Agentliyi əlverişsiz hava şəraitinin bir neçə gün də davam edəcəyinə dair xəbərdarlıq edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

30 Noyabr 2025