• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranın vitse-prezidentinin həyat yoldaşı qəzada öldü

DÜNYA

30 Noyabr 2025 | 21:09 | Müəllif: Subhan Mahmudov

İranın vitse-prezidentinin həyat yoldaşı qəzada öldü

İranın vitse-prezidentinin həyat yoldaşı Esmaila Səqab Əsfahani Qərmsar-Tehran avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, qəza Tehran ətrafında baş verib və qadın hadisə yerində ölüb. Qəza zamanı avtomobildə olan üç övladı və vitse-prezidentin həyat yoldaşının atası xəsarət alaraq Qərmsar şəhərindəki tibb mərkəzinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərildiyi bildirilir.

Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026