• Bakı C

    3.67 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Metrodakı problem HƏLL OLUNDU - YENİLƏNİB

CƏMİYYƏT

01 Dekabr 2025 | 08:48

Metrodakı problem HƏLL OLUNDU - YENİLƏNİB

"Nərimanov" elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi tam bərpa olunub. Hazırda "Bakmil" stansiyası fəaliyyətini tam bərpa edib.

Bu barədə Bakıvaxtı.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, Yaşıl və Qırmızı xətlərdə qatarlararası intervallar qrafikə uyğun bərpa edilib. Qrafik üzrə 34 cüt/saat prinsipi ilə qatarlar fəaliyyət göstərir.

***

07:44

"Nərimanov" elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Qeyd olunub ki, baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.

"Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - QSC-dən bildirilib.

***

07:30

“Nərimanov” elektrik deposunun yol sahələrinə yüksək gərginliyin verilməsində baş verən qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkət intervalında gecikmələr müşahidə olunur.

Bakıvaxtı.az bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat əldə edib.

Bildirilib ki, yaranmış enerji problemi səbəbindən “Bakmil” stansiyasının fəaliyyəti də məhdudlaşıb.

Qeyd edilib ki, texniki xidmətlər müvafiq enerji təminatının bərpa edilməsi üçün operativ şəkildə iş aparır.

Əli Hüseynov

 

 


SON XƏBƏRLƏR

16 Yanvar 2026