ABŞ prezidenti Donald Tramp ölkəyə sığınacaq müraciətlərinin uzun müddət dayandırılacağını açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Belə ki, buna səbəb iki Milli Qvardiyaçının Ağ Evin yaxınlığında güllələnməsi olub.
Tramp bu qərarın cinayət riski yüksək olan və ABŞ-yə dost olmayan ölkələrdən gələn şəxslərə şamil ediləcəyini bildirib.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosu hücumda şübhəli kimi saxlanılan 29 yaşlı əfqan vətəndaşı Rəhmanullah Lakanvalın qətldə ittiham olunacağını açıqlayıb.
Hadisədən sonra Müdafiə Nazirliyi prezidentin göstərişi ilə Vaşinqtona əlavə 500 Milli Qvardiyaçının göndəriləcəyini bildirib.
Əli Hüseynov
Bakı 


