Şirkətlərin səhmlərinin dəyəri əsasında aparılan hesablamalara görə, Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən 18,1 milyard dollar artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Bloomberg Milyarderlər İndeksində yer alıb.
İndeksə əsasən, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan "Metalloinvest"in səhmdarı Əlişir Usmanov ilin əvvəlindən 5,32 milyard dollar qazanaraq sərvətini 18,5 milyard dollara, UMMC-nin təsisçisi İskəndər Mahmudovun sərvəti isə 465 milyon dollar artaraq 47 milyard dollara çatıb.
Bu arada, Telegram-ın həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 2,44 milyard dollar qazanaraq sərvətini 13,4 milyard dollara çatdırıb, Wildberries-in təsisçisi və RVB-nin baş direktoru Tatyana Kim isə 654 milyon dollar qazanaraq sərvətini 8,03 milyard dollara çatdırıb.
Ən böyük itkilərlə üzləşən isə sərvəti 3,07 milyard dollar azalaraq 22,8 milyard dollara enən NLMK sədri Vladimir Lisin olub.
Zeynəb Rzayeva
Bakı 



